İdman

Peresdən Mbappe transferinə münasibət

“Real”ın prezidenti Florentino Peres PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etmək istədikləri ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o deyib: “Bu barədə düşünmədim. Amma siz qeyd etdiyinizə görə bu, doğru ola bilər. Gələn mövsüm üçün heyəti planlaşdırmağa başladığımız zaman bunu görəcəyik”.

Qeyd edək ki, bundan əvvəl hücumçu Kilian Mbappenin ailəsinin “Real” rəhbərliyi ilə danışıqlar aparmaq üçün tezliklə İspaniya paytaxtına gedəcəyi bildirilirdi. Fransalı oyunçunun PSJ ilə müqaviləsi 2022-ci il iyunun 30-da başa çatır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button