Siyasət

Şəffaflıq sahəsində milli koalisiyalar “Kanal 13”ün direktoru Əziz Orucovun həbsini pisləyib

Bu yaxınlarda “Kanal 13” müstəqil İnternet telekanalının direktoru və Azərbaycan “Mədən Sənayesində Şəffaflığın Artırılması” və “Ödədiyini Açıqla” Milli Koalisiyaları Şurasının üzvü Əziz Orucocun saxlanılmasına cavab olaraq hər iki koalisiya Şuranın üzvü Əziz Orucovun və “Kanal 13”dən olan həmkarı Rüfət Muradlının həbsini qətiyyətlə pisləyir.

Koalisiyaların yaydığı birgə bəyanatda belə deyilir:

“Mǝlum olduğu kimi 28 Noyabr 2023-cü ildǝ milyonlarla izlǝyicisi olan “Kanal 13” müstǝqil internet televiziya kanalının direktoru, eyni zamanda, Azǝrbaycan MSŞA vǝ “Ödǝdiyini Açıqla” Milli Koalisiyasının Şura üzvü Əziz Orucov polis tǝrǝfindǝn saxlanılıb vǝ evindǝ axtarış aparılaraq ona mǝxsus bir sıra ǝşyalarını, o cümlǝdǝn, 2 ǝdǝd laptopunu, istifadǝ etmǝdiyi telefonlarını vǝ bǝzi sǝnǝdlǝri götürülüb. Bir gün sonra Sǝbael rayon mǝhkǝmǝsindǝ keçirilǝn mǝhkǝmǝ iclasında Əziz Orucova cinayǝt mǝcǝllǝsinin 188.2-ci (torpaq üzǝrindǝ mülkiyyǝt, istifadǝ vǝ ya icarǝ hüququnu pozma) maddǝsi ilǝ ittiham irǝli sürülüb vǝ barǝsindǝ 3 ay qǝti hǝbs tǝdbiri seçilǝrǝk hǝbs edilib.Əziz Orucov bu ittihamları rǝdd edǝrǝk hǝbsinin onun media vǝ ictimai fǝaliyyǝti ilǝ ǝlaqǝlǝndirib.

Azǝrbaycan MSŞA vǝ “Ödǝdiyini Açıqla” Milli Koalisiyası olaraq Şura üzvü Əziz Orucovun,eyni zamanda “Kanal 13” müstǝqil internet televiziya kanalının dünǝn hǝbs edilǝn ǝmǝkdaşı Rüfǝt Muradlının hǝbsini pislǝyir vǝ bu hǝbsin onların müstǝqil vǝ tǝnqidi media fǝaliyyǝti ilǝ ǝlaqǝli olduğunu hesab edir,öz narahatçılığımızı bilidiririk.

Bununla yanaşı,onu da xüsusi olaraq qeyd etmǝk istǝyirik ki, bu maddǝ ilǝ ittiham edilǝn şǝxsin evindǝ,xüsusilǝ, körpǝ övladlarının gözünün qarşısında çoxsaylı polis nǝfǝrlǝrinin iştirakı ilǝ axtarış aparılması, eyni hǝrǝkǝtlǝrin ofisindǝ dǝ davam etdirilmǝsi yolverilmǝz vǝ dövlǝt idarǝçiliyi prinsiplǝrinǝ sığmayan davranış, etik-mǝnǝvi normaların ciddi pozulmasıdır.

Hesab edirik ki, hakimiyyǝtin bu addımı Azǝrbaycan Konustitusiyasının 25-ci maddǝsinin vǝ ölkǝmizin dǝ qoşulduğu Avropa İnsan Haqları Konvensiyasında ayrıseçkiliyin qadağan olunmasını tǝsbit edǝn 14-cü maddǝnin tǝlǝblǝrinin kobud şǝkildǝ pozulmasıdır.

Hǝmçinin, onu da qeyd etmǝk istǝyirik ki, Bakı vǝ Abşeron rgionu ǝrazisindǝ icra vǝ bǝlǝdiyyǝ orqanlarının razılığı ilǝ tǝqribi hesablamalara görǝ 500 mindǝn çox sǝnǝdsiz torpaq üzǝrindǝ evlǝr tikildiyi halda, mǝhz, Əziz Orucovun bu maddǝ ilǝ hǝbs edilmǝsi ciddi suallar doğurur vǝ bu fakt onun hǝbsinin ictimai fǝaliyyǝti ilǝ birbaşa ǝlaqǝli olduğu ehtimalını güçlǝndirmiş olur.

Azǝrbaycan MSŞA vǝ “Ödǝdiyini Açıqla” Koalisiyası olaraq ölkǝ ictimaiyyǝtinin, elǝcǝ dǝ, beynǝlxalq tǝşkilatların son hǝbslǝrlǝ bağlı narahatçılıqlarını bölüşür, hakimiyyǝti ölkǝdǝ ictimai fǝaliyyǝt vǝ media azadlıqlarına hörmǝtlǝ yanaşılmasına, Şura üzvü Əziz Orucovu, elǝcǝ dǝ, digǝr hǝbs edilǝn ictimai fǝalları azad etmǝyǝ çağırırıq”.

Bənzər yazılar

Back to top button