Dünya

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edir

Cümə günü Bayden administrasiyası Rusiyanın dörd Ukrayna ərazisini ilhaqına cavab olaraq yeni sanksiyalar paketini elan edib. TURAN-ın Vaşinqtondakı müxbiri xəbər verir ki, sanksiyalar hökumət və hərbi rəsmilərə və onların ailə üzvlərinə qarşı yönəlib.

“Bu sanksiyalar Ukrayna ərazisinin statusunu dəyişdirmək üçün qanunsuz cəhdlərə siyasi və ya iqtisadi dəstək verən Rusiya daxilində və xaricində fiziki və hüquqi şəxsləri hədəf alır”, – deyə prezident Co Bayden bildirib.

“Səhv etməyin: bu hərəkətlərin legitimliyi yoxdur. Birləşmiş Ştatlar Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə həmişə hörmətlə yanaşacaq. Biz Kiyevin öz mövqeyini hərbi və diplomatik, o cümlədən əlavə hərbi yardım vasitəsilə gücləndirməklə öz ərazisinə nəzarəti bərpa etmək səylərini dəstəkləməyə davam edəcəyik.

“Biz beynəlxalq ictimaiyyəti bu addımları pisləmək və Rusiyanı məsuliyyətə cəlb etmək üçün toplayacağıq. Mən Konqresin Ukraynaya dəstək üçün əlavə 12 milyard dollar ayıracaq qanunu imzalamasını səbirsizliklə gözləyirəm”, – ABŞ prezidenti bildirib.

Bənzər yazılar

Back to top button