İdman

Günün transfer xəbərləri: “Barselona”nın Lukaku arzusu yubanır

Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

“Gazzetta dello Sport” nəşri: “Arsenal” “Napoli”nin hücumçusu Viktor Osimhenin transferi uğrunda mübarizəyə başçılıq edir. Nigeriyalı futbolçu bir sıra hücumçularının gedişi səbəbindən “topçular” üçün əsas hədəfə çevrilib.

Jurnalist Marko Barzagi: “Mançester Yunayted” Lautaro Martinesin transferində Antoni Marsialdan istifadə etməyi düşünür. “Qırmızı şeytanlar”ın rəhbərliyi əmindir ki, bu yolla “İnter”in argentinalı futbolçusu uğrunda mübarizədə rəqiblərindən üstün olacaqlar.

Bolqarıstanlı jurnalist Saşa Tavolyeri: Yuri Tilemans “Real Madrid”ə keçmək istəyir. 24 yaşlı futbolçunun “Lester”lə olan müqaviləsinin müddəti bir ildən sonra başa çatır və 2023-cü ildə madridlilər onu azad agent olaraq rənglərinə bağlaya bilər.

“The Mirror” nəşri: “Mançester Yunayted” “Feyenord”un müdafiəçisi Tayrell Malasianı heyətinə cəlb etməyi düşünür. Oyunçu Erik ten Haqın baş məşqçi kimi ilk transferi ola bilər.

“The Mirror” nəşri: “Real Madrid” Kriştianu Ronaldunun qaytarılması məsələsini nəzərdən keçirməyə hazırdır. Portuqaliyalı futbolçunun “Mançester Yunayted”dəki gələcəyi baş məşqçi Erik ten Haqın gəlişi səbəbilə şübhə altındadır.

“Mundo Deportivo” nəşri: “Barselona”nın “Çelsi”nin hücumçusu Romelu Lukakununu transfer etmək arzusu reallaşmır. Buna səbəb belçikalı futbolçunun baha olmasıdır. Onun transfer qiyməti 85 milyon avrodur. Lukakunun illik məvacibi isə 12 milyon avro təşkil edir. (Fanat.az)

Bənzər yazılar

Back to top button