Cəmiyyət

Sumqayıt Dünya məktəbində Şuşanın 270 illiyinə həsr olunmuş konfrans keçirilib (FOTO)

Sumqayıt Dünya məktəbində Şuşanın 270 illiyinə həsr olunmuş “Əfsanədən Zəfərə” adlı praktik konfrans keçirilib.

Konfrans şagird, müəllim və valideynlərin birgə hazırladıqları müxtəlif Şuşa havalı, xarıbülbül ətirli maket, rəsm və əl işlərindən ibarət sərgi ilə başlayıb. Rəngarəng rəqs və mahnılarından ibarət bədii kompozisiyadan sonra qonaqlar siniflər üzrə müxtəlif fənlərdən açıq dərslər dinləməyə dəvət olunublar.

Tədris olunan fərqli fənləri bir ana xətt – 270 illik tariximizin şah əsəri Şuşa birləşdirib. İki akademik saat ərzində dinlənilən 19 dərsin dəyirmi masa arxasında təhsil işçiləri və digər dinləyicilər tərəfindən müzakirəsi keçirilib.

Bənzər yazılar

Back to top button