Dünya

“Ukraynaya silah daşıyan NATO maşınları vurulacaq”

“Ukraynanın ərazisinə gələn, bu ölkənin Silahlı Qüvvələri üçün silah və sursat gətirən NATO maşınları məhv ediləcək”.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu konfransda deyib.

“ABŞ və onun NATO müttəfiqləri Ukraynaya silah daşımağa davam edir. Qeyd edim ki, Şimali Atlantika Alyansının Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün silah və ya materialla ölkə ərazisinə gələn istənilən nəqliyyatı bizim tərəfimizdən qanuni məhvetmə hədəfi kimi qəbul edilir”, – Şoyqu bildirib.

Bənzər yazılar

Back to top button