Bizim seçimDünyaHadisə

İmamoğlunu təhdid edən şübhəli Ankarada ələ keçirilib (FOTO)

İstanbula gətirilən Tuna G. tibbi müayinədən keçirildikdən sonra məhkəmə qarşısına çıxarılmaq üçün ədliyyə təcridxanasına aparılıb

Bu ilin martın 27-də İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) başçısı Əkrəm İmamoğlunun elektron poçtuna “Qanınızı içəcəyəm!” mesajı göndərərək təhdid edən Tuna G. Ankarada həbs olunaraq dünən İstanbula gəitirilib.

AzToday.az Türkiyənin “Sözcü” qəzetinə istinadən xəbər verir ki, hüquq fakültəsinin məzunu olduğu öyrənilən şübhəlinin yol-nəqliyyat mübahisəsində iştirak etməkdən başqa, heç bir cinayət hadisəsində adı keçməyib.

Xatırladaq ki, 27 martda İstanbul Bələdiyyəsinin (İMM) başçısı Əkrəm İmamoğluna göndərilən təhdid mesajında “Qan tökəcəyəm! Sən nə qədər ciddi olduğumu bilirsən və ya səni parçalayacam. Öldürəcəyim şəxsə mən həmişə məlumat verirəm”.

Göndərilən elektron poçt mesajı ilə əlaqədar Ə.İmamoğlunun vəkilləri 28 martda prokurorluğa müraciət ediblər. Prokurorluğun göstərişi ilə İstanbul Təhlükəsizlik İdarəsinin Kiber Cinayətkarlıqla Mübarizə şöbəsinin qrupları işə başlayıb. Mesajı göndərən şəxsin Tuna G. olduğu aşkar edilib. Şübhəlinin Ankarada yaşadığı müəyyən edilib. Polis qrupları, eyni gündə Ankara Kiber Cinayətkarlıq şöbəsi ilə əlaqə yaradaraq, şübhəlinin tutulmasını tələb edib. Ancaq axtarışda olan şübhəli yaşadığı ünvanında tapılmayıb.

Aparaılan axtarış zamanı Tuna G. dünən Ankarada saxlanılıb. Rəqəmsal materialları ələ keçirilən şübhəli dünən İstanbul Polis İdarəsinə gətirilib və dindirilib.

Şübhəli, təhlükəsiz əməliyyatlarının ardından tibbi müayinədən keçirildikdən sonra məhkəmə qarşısına çıxarılmaq üçün ədliyyə təcridxanasına aparılıb.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button