İdman

Benzema Ronaldonun rekordunu təkrarladı: “Qızıl top”u qazana biləcəkmi?

“Real”ın hücumçusu Kərim Benzema Çempionlar Liqasında komandanın sabiq futbolçusu, Kriştiano Ronaldonun rekordunu təkrarlayıb.

Qol.az yarışın rəsmi “Tvitter” hesabına istinadən xəbər verir ki, 34 yaşlı forvard buna turnirin yarımfinal mərhələsində “Mançester Siti” ilə cavab görüşündə fərqlənməklə nail olub.

O, 95-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Nəticədə Benzema 2021/2022 mövsümündə ÇL-in pley-off mərhələlərində vurduğu qolların sayını 10-a çatdırıb. Bununla da fransalı futbolçu Ronaldonun 2017-ci ildəki rekordunu təkrarlayıb.

Qeyd edək ki, “Real” yarımfinalın ilk oyununda “Mançester Siti”yə 3:4 hesabı ilə uduzmuşdu, dünən axşam Madriddə oynanılan matçda “Kral klubu” 3:1 hesabı ilə qalib gəlib. “Real” finalda “Liverpul”la üz-üzə gələcək.

Bənzər yazılar

Back to top button