İdman

“Barselona” keçmiş oyunçusunu geri qaytarır

“Barselona” Mark Kukurelyanı geri qaytarmaq niyyətindədi.

“Barselona” ötən yay Kukurelyanı 6 milyon avro qarşılığında satınalma hüququ ilə birlikdə “Xetafe”yə icarəyə vermişdi. Madrid təmsilçisi aprel ayında sözügedən opsiyadan istifadə edərək 21 yaşlı futbolçunu heyətinə qatmışdı.

Katalon klubu razılaşmaya oyunçunu geri qaytarmağa dair maddə də daxil edib. Bunun üçün 15 milyon avro ödəmək gərəkəcək. Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, “Barsa” “transfer pəncərəsi” açıldıqdan sonra bu bənddən faydalanaraq Kukurelyanı geri qaytarmağı planlaşdırır.

İspan futbolçu 2019-20 mövsümündə “Xetafe”nin heyətində 34 matçda meydana çıxıb və 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button