Siyasət

Mixalko: “Tərəfdaşlıq haqqında yeni saziş Azərbaycan məhsullarının Avropa bazarına çıxışını genişləndirəcək”

Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlığın gələcək inkişafı iştirakçı ölkələrin öz istəyindən asılıdır. Bunu Avropa İttifaqının Azərbaycandakı nümayəndə heyətinin rəhbəri Peter Mixalko çərşənbə günü mətbuat konfransında deyib.

O qeyd edib ki, ötən gün Ukrayna, Moldova və Gürcüstan Avropa İttifaqına daxil olmaq üçün sorğunun birinci mərhələsinə cavabları təqdim ediblər. Avropa İttifaqı Azərbaycanla yeni hərtərəfli tərəfdaşlıq sazişinin imzalanması üzərində işi davam etdirir. Son zamanlar yüksək səviyyəli qarşılıqlı səfərlər fonunda sənəd üzərində işlər intensivləşib ki, bu da tərəfdaşlığı keyfiyyətcə yeni səviyyəyə qaldıracaq.

Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu, onun ixracının 51 faizinin nin Avropa bazarının payına düşdüyünü vurğulayan Mixalko deyib ki, yeni saziş iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açacaq.

“Biz ticarət əlaqələrini möhkəmləndirmək və Avropa bazarına daha çox Azərbaycan məhsulu çıxarmaq istəyirik. İnanırıq ki, yeni saziş buna imkan verəcək”, – Mixalko bildirib. (Turan)

Bənzər yazılar

Back to top button