Hadisə

Ukrayna azərbaycanlı səfirə cinayət işi açıb

Ukrayna Qaraqalpaq türkləri Milli Şurasının sədri bununla bağlı prokurorluğa müraciət edib

Ukrayna Baş Prokurorluğu Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov barəsində cinayət işi açıb.

Buna səbəb səfir Qüdsi Osmanovun BMT-nin Ukraynanın ərazisi kimi tanıdığı, Rusiya tərəfindən işğal edilmiş Krıma qeyri-qanuni daxil olmasıdır.

Məlumata görə, Ukrayna Krım Muxtar Respublikası və Sevastopol Şəhəri üzrə Prokurorluğu Azərbaycan Respublikasının Moldovadakı Fövqəladə və Səlahiyyətli Səfiri, Rusiya Federasiyası və Azərbaycan Respublikası vətəndaşı, 1966-cı il təvəllüdlü Qüdsi Dursun oğlu Osmanov barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-1 maddəsinin 1-ci hissəsi üzrə (Müvəqqəti işğal altında olan Ukrayna ərazisinə giriş və çıxma prosedurunun pozulması) başlayıb.

Prokurorluq Osmanova qarşı cinayət işini Ukrayna Qaraqalpaq türkləri Milli Şurasının sədri Daşqın Gülməmmədovun bu quruma müraciətindən sonra başlayıb.(arqamunt.az)

Bənzər yazılar

Back to top button