GündəmHadisəManşet

Üç azərbaycanlı uşaq valideynləri həlak olduqdan sonra təxliyə edilib

Vlideynləri Ukraynanın Xarkov şəhərində həlak olan 3 yetkinlik yaşına çatmayan azərbaycanlı uşaq Rusiya ərazisindən Azərbaycana təxliyə edilib.

Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, uşaqlar mayın 4-də Bakıya gətirilib. Onların valideynləri Xarkovda həlak olan Azərbaycan vətəndaşı Mahmudov Emin Zabit oğlu və Ukrayna vətəndaşı Mahmudova Lyudmiladır.

Valideynləri həlak olduqdan sonra 26.04.2007-ci il təvəllüdlü Mahmudova Renata Eminovna, 04.11.2010-cu il təvəllüdlü Mahmudov David Eminoviç və 10.12.2017-ci il təvəllüdlü Mahmudova Dayana Eminovna Rusiya Federasiyası ərazisinə keçiriliblər.

Uşaqların Azərbaycan Respublikasına repatriasiya edilməsi üçün Azərbaycan Respublikasının dövlət qurumları tərəfindən əlaqələndirilmiş qaydada bir sıra zəruri tədbirlər, o cümlədən uşaqların vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və qəyyumun təyin edilməsi həyata keçirilib.

Daha sonra, məsələ ilə bağlı Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi tərəfindən lazımi hüquqi yardım göstərilib, uşaqların ölkəmizə gəlmələri üçün onlar qayıdış şəhadətnamələri rəsmiləşdirilib və Azərbaycana gətirilmələri üçün addımlar atılıb.

Azərbaycan hökumətinin dəstəyi ilə uşaqlara lazımi hüquqi, tibbi, sosial və psixoloji yardım göstəriləcək və qəyyum ailəyə verildikdən sonra sosial-reabilitasiya işi davam etdiriləcək.

Bənzər yazılar

Back to top button