İdman

Benzemanı Ronaldunun rekordundan 2 qol ayırır

“Real Madrid”in hücumçusu Kərim Benzema “Mançester Siti” ilə yarımfinalın cavab qarşılaşmasında (3:1) penaltidən fərqlənərək Çempionlar Liqasının cari mövsümündə 15-ci qoluna imza atıb.

Fanat.az xəbər verir ki, ikinci gəncliyini yaşayan fransalı hücumçunu Kriştianu Ronaldunun rekordundan cəmi 2 qol ayırır.

Belə ki, portuqaliyalı ulduz 2013/14 mövsümündə “Real Madrid”də çıxış edərkən Çempionlar Liqasında 17 qol vurub.

Qeyd edək ki, “Real Madrid” Çempionlar Liqasının finalında “Liverpul”la qarşılaşacaq və həlledici görüş 28 mayda Benzemanın vətənində – “Stad de Frans”da keçiriləcək.

Bənzər yazılar

Back to top button