Dünya

Qazıntı zamanı mafiya üzvlərinin skeletləri tapıldı

Moskvada tikinti şirkətlərinin birinin apardığı qazıntı işləri zamanı insan skeletləri tapılıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, skeletlərin 1990-cı illərdə öldürüən mafiya üzvlərinə aid olduğu ehtimal edilir.

Ərazidə qazıntı işləri dayandırılıb və araşdırma başladılıb. Axtarış zamanı torpağın altından 3 insan skeleti tapılıb. Tibbi ekspertiza idarəsi skeletlərin kimlərə aid olduğunu araşdırır.

Prokurorluqdan verilən açıqlamaya görə, ərazidə başqa cəsədlərin də ola biləcəyi ehtimalı var. Bu səbəbdən qazıntı davam etdirildiyi və 90-cı illərdə mafiya hesablaşmalarına aid cinayət işlərinin yenidən açıldığı ifadə edilib.

Bənzər yazılar

Back to top button