Dünya

ÜST-dən açıqlama: Koronavirusun daha 2 variantı yayılmağa başlayır

ÜST növbəti dəfə həyəcanlı açıqlama verib.

AzToday.az xarici mediaya istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı Cənubi Afrikada COVİD-19-un dünyada ən çox yayılmış variantı olan “Omikron”un 2 yeni alt variantının aşkar edildiyini açıqlayıb.

ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus təşkilatın Cenevrədəki mənzil-qərargahında təşkil edilən mətbuat konfransında COVİD-19 ilə bağlı son inkişaflara və qlobal peyvənddəki bərabərsizliyi məsələlərinə toxunub.

O bildirib ki, Omicron variantını təsbit edən Cənubi Afrikalı tədqiqatçılar BA.4 və BA.5 adlı iki yeni alt variant kəşf edib. Cənubi Afrikada son günlər yoluxmaların artmasına səbəb kimi bu variantlar olduğu bildirilib.

Ghebreyesus bu alt variantların digərləri ilə müqayisədə ağır xəstəlik və ölümə səbəb olub-olmaması ilə bağlı qəti bir məlumat olmadığını ifadə edib.

O, orta və aşağı gəlirli ölkələrdə COVİD-19 peyvəndi və virusa qarşı təsirli dərmanların hələ də əlçatmaz olduğunu qeyd edib. Yüksək qiymətlərə görə bir çox ölkənin COVİD-19 dərmanlarını almaqdan vaz keçdiyini qeyd edib. //azxeber

Bənzər yazılar

Back to top button