Siyasət

Ermənistan Roma Statutunu ratifikasiya edib, Yerevan Moskva ilə münasibətləri gərginləşdirir

Ermənistan parlamenti bu gün Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib və onun qərarlarını yerinə yetirmək öhdəliyi götürüb. Bu barədə Lenta.ru RT-yə istinadla məlumat yayıb.

Respublika parlamentində müxalifət məsələnin müzakirəsində iştirak etməkdən imtina edib. “Ermənistan” və “Şərəfim var” fraksiyaları iclası tərk edib.

Bir müddət əvvəl Rusiyanın Xarici İşlər Nazirliyi (XİN) Yerevana BCM-nin Nizamnaməsinin ratifikasiyasının Moskva ilə münasibətlərdə mənfi nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq etmişdi.

Bu ilin martında BCM Haaqada Rusiya prezidenti Vladimir Putinin və RF prezidenti yanında uşaq hüquqları üzrə müvəkkil Mariya Lvova-Belovanın həbsinə order verib. Onlar Ukraynanın işğal edilmiş ərazilərindən uşaqları qanunsuz olaraq Rusiyaya deportasiya etməkdə şübhəli bilinir.

Rusiyada BCM-nin qərarını tənqid ediblər. Rusiya BCM-in yurisdiksiyasını qəbul etmir, onun qərarlarını isə mənasız hesab edir, deyə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.(Turan)

Bənzər yazılar

Back to top button