İdman

Messi “ən yaxşı” seçildi

İspaniyanın ünlü nəşri “Marca” 2018-ci ilin ən yaxşı 100 futbolçusunun siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, “Barselona”nın argentinalı ulduzu Lionel Messi ilin ən yaxşı oyunçusu seçilib.

O, Xorvatiya yığması və “Real”ın yarımmüdafiəçisi, “Qızıl top”un son qalibi Luka Modriçlə “Atletiko”nun hücumçusu, Fransa ilə dünya çempionu olan Antuan Qrizmannı qabaqlayıb.

Mövsümün əvvəlində “Real”ı “Yuventus”a dəyişən Kriştiano Ronaldo isə sıralamada 4-cü olub.

Bənzər yazılar

Back to top button