Siyasət

“Azərbaycan, Gürcüstan və Ermənistanın qarşılıqlı fəaliyyəti üçün yaxşı imkanlar var”

Prezident İlham Əliyev xüsusilə postmünaqişə dövründə Azərbaycan, Gürcüstan və Ermənistan arasında üçlü formatda qarşılıqlı fəaliyyət üçün yaxşı imkanların olduğunu bildirib və Azərbaycan tərəfinin buna hazır olduğunu qeyd edib.

AzToday.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvilini qəbul edərkən deyib.

Dövlət başçısı Gürcüstanın da bu mövqeyi bölüşdüyünü deyib, Ermənistanın da bunun regionda sabitliyin və təhlükəsizliyin bərqərar olmasının yeganə yolu olduğunu anlayacağına ümidvarlığını ifadə edib.

Bənzər yazılar

Back to top button