Dünya

Lukaşenkodan Putinə xəbərdarlıq: “Biz haraya uçduğumuzu belə bilmərik…”

Belarus Prezidenti Aleksandr Lukaşenko Fransanın “Associated Press” Agentliyinə müsahibəsində maraqlı fikirlər səsləndirib.

O etiraf edib ki, Ukraynadakı müharibə onun gözlədiyindən artıq müddətə uzanıb: “Deyə bilmərəm ki, hər şey rusiyalıların dediyi kimi, plan üzrə gedir, yoxsa mən hiss etdiyim kimidir. Hiss edirəm ki, bu əməliyyat uzanıb”.

Xatırladaq ki, Lukaşenko müharibənin ilk günü əməliyyatların maksimum 3-4 gün çəkəcəyi barədə açıqlama vermişdi.

Belarus Prezidenti jurnalistin nüvə müharibəsi təhlükəsi barədə də sualını da cavablandırıb. Lukaşenko nüvə silahından istifadənin mümkünlüyünü qəbuledilməz adlandırıb: “Ukrayna müharibəsində nüvə silahından istifadə yolverilməzdir, çünki o, həm də bizim yanımızdadır. Burada olmasa da, ABŞ kimi okeanın o tayında da deyil. Ümumiyyətlə, qəbuledilməzdir…Yer kürəsi orbitdən qopa bilər və biz haraya uçduğumuzu belə bilmərik”.

Bənzər yazılar

Back to top button