İdman

Abramoviç “Çelsi”nin qiymətini artırır?

“Çelsi”nin sahibi Roman Abramoviçin sözçüsü klubun satışı ilə bağlı London təmsilçisinin rəsmi saytında açıqlama verib.

Qol.az xəbər verir ki, o, rusiyalı iş adamının “zadəganlar”ın qiymətini artırmaq fikrində olmadığını bildirib. Həmçinin Abramoviç “Çelsi”yə verdiyi borcun qaytarılmasını tələb etmir. Əvvəllər bunun 1,5 milyard sterlinqə (1,785 milyard avro) bərabər olduğu barədə xəbərlər yayılmışdı.

Qeyd edək ki, hazırda “Çelsi”ni almaq istəyən 3 namizəd var: “Los Anceles Dodcers”in həmsahibi Todd Boeli, “Atalanta”nın həmsahibi və “Boston Seltiks”in səhmdarı Stiven Palyuki və “Filadelfiya 76ers”in menecerləri David Blitzer və Cosh Harris.

Qeyd edək ki, Böyük Britaniya martın 10-da Roman Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu, “Çelsi”yə də yansıyıb. Klub futbol fəaliyyətini davam etdirmək üçün xüsusi lisenziya alıb. Lakin kluba matçlara bilet satmaq, transfer etmək və oyunçularla müqavilə yeniləmək qadağan edilib. Həmçinin “Çelsi”nin bank hesabı bloklanıb. Amma bundan sonra “Çelsi”nin hazırkı duruma baxmayaraq, klubun satışının mümkün olacağı bildirilib.

Bənzər yazılar

Back to top button