Cəmiyyət

DİM: “Qaydaları pozan 7 nəfər imtahandan xaric olunub”

11-ci sinif şagirdləri üçün 2-3 iyul 2020-ci il tarixlərində keçirilmiş buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarında şagirdlərə (abituriyentlərə) ana dili fənnindən 4 açıq və 26 qapalı, riyaziyyat fənnindən 4 açıq, 8 kodlaşdırılan açıq, 13 qapalı, xarici dil fənnindən 4 açıq və 26 qapalı tipli tapşırıq olmaqla ümumilikdə 85 tapşırıq təqdim olunub.

Dövlət İmtahan Mərkəzindən (DİM) AzToday.az-a verilən məlumata görə, bu mərhələdə fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 100 olmaqla, ümumilikdə 300 baldır.

Qeyd olunub ki, bu imtahanlarda iştirakı nəzərdə tutulan 9 180 nəfərdən 353 nəfər imtahana gəlməyib. Qaydalarını pozduğu üçün 7 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Bənzər yazılar

Back to top button