Dünya

Çində çökən binanın altından 53 cəsəd çıxarılıb

Çinin Hunan əyalətinin Çanşa şəhərində binanın çökməsi nəticəsində ölənlərin sayı 53-ə çatıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Daha əvvəl hadisə nəticəsində 26 nəfərin öldüyü məlum idi.

Xatırladaq ki, 6 mərtəbəli bina aprelin 29-da uçub. Binada mağazalar, iaşə obyektləri, həmçinin kiçik mehmanxana var idi. Aprelin 30-da rəsmilər 23 nəfərin dağıntılar altında qaldığını, 40-a yaxın adamın isə itkin düşdüyünü bildirib.

Artıq hadisə yerində axtarış-xilasetmə əməliyyatı başa çatıb, dağıntılar altında qalanların hamısı və itkin düşənlər tapılıb.
Xilasedicilər dağıntılar altından 10 nəfəri sağ çıxara bilib, onların hamısına lazımi tibbi yardım göstərilib.

Uçmuş ev yerli hakimiyyət orqanları tərəfindən icazəsiz tikili kimi tanınıb və hadisəyə səbəblərdən biri də məhz qanunsuz yenidənqurma ola bilər. Hüquq-mühafizə orqanları artıq doqquz nəfəri saxlayıb, onlardan dördü, o cümlədən binanın sahibi cinayət səhlənkarlığı, beşi isə saxta sənəd təqdim etmək ittihamı ilə saxlanılıb.

Bənzər yazılar

Back to top button