Dünya

Tramp dünyanın ən böyük buzqıran gəmisinin qayırılmasına söz verdi

ABŞ dünyanın ən böyük buzqıran gəmisini yaratmaqla məşğuldur.

Qaynarinfo xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığının qərargahında çıxışı zamanı deyib.

O deyib ki, ölkədə ən azı 10 buzqıran gəmi qurğusunun inşası planlaşdırılır:

“Dünyadakı ən böyük buzqıran gəminin inkişaf mərhələsindəyik. Əlimizdən gəlsə, daha onunu yaratmağa çalışacağıq”.

Tramp xatırladıb ki, Rusiyanın 40 buzqıran gəmisi var, buna görə ABŞ-da ikisi olacaq, ancaq heç olmasa 10 ədəd olmasını istərdik”. Amerika liderinin sözlərinə görə, gəminin qayırılması hökumətə əvvəlcədən hesablanandan daha ucuz başa gələcək.

Bənzər yazılar

Back to top button