Hadisə

Bir məmurun cah-cəlalı: Mahir Mirzəyevin villalarının görüntüləri yayılıb (VİDEO)

Yardımlının icra başçısının müavini Mahir Mirzəyevi mətbuatın ulduzuna çevirən səbəblər hansılardır?..

Son zamanlar Yardımlı rayon İcra Hakimiyyətinin başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyev haqqında sosial şəbəklərdə və dövrü mətbuatda yazıların sayı sürətlə artmaqdadır. Əlbəttə ki, bu Mahir Mirzəyevdən vətəndaşların, Yardımlı sakinlərinin nə qədər narazı və şikayətşi olduqlarından xəbər verir.

Maraqlıdır ki, Yardımlının icra başçıları tez-tez dəyişsə də Mahir Mirzəyev heç zaman dəyişmir. Bəlkə elə bu üzdən Yardımlı sakinləri icra başçılarından deyil, məhz Mahir Mirzəyevdən şikayətçidirlər.

Qeyd edək ki, Mahir Mirzəyev mətbauta adı korrupsyada və məmur qanunsuzluğunda adı ən çox hallanan məmurlardan biridir. Google arama modulunda Mahir Mirzəyev yazdığımız zaman bu məmurun qanunsuzluqlarından və korrupsiyasından bəhs edən onlarla, bəlkə də yüzlərlə məlumat çıxır. Amma nə yazıq ki, nə dövlət qurumları, nə də Yeni Azərbaycan Partiyasının rəhbər orqanları bütün bu narazılıqlara və şikayətlərə, o cümlədən məmur özbaşınalığına reaksiya vermirlər. Xatırladaq ki, Mahir Mirzəyev icra başçısının müavini olmaqla yanaşı, YAP Yardımlı Təşkilatının sədridir.

Aşağıda təqdim etdiyimiz və ABA TV tərəfindən hazırlanan videonu şərh etməyə zərurət görmürük. Sadəcə başçılar dəyişirkən Mahir Mirzəyevin dəyişməməsinin səbəbi bu videodan bəlli olmaqdadır. (pia.az)

Bənzər yazılar

Back to top button