İdman

Mbappe son qərarını verdi – İnanılmaz bonus və maaş

PSJ-nin hücumçusu Kilian Mbappe Paris təmsilçisi ilə bağlı yekun qərarını açıqlayıb.

Fanat.az “Le Parisien”ə istinadən xəbər verir ki, ulduz futbolçu Fransa klubu ilə yeni müqavilə bağlamağa razılaşıb.

Xəbərə görə, klub forvarda anlaşmaya imza atması üçün 100 milyon avro bonus ödəyəcək. Fransa millisinin üzvünün 2 illik sözləşməyə qol çəkəcəyi və hər mövsüm üçün 50 milyon avro əməkhaqqı alacağı vurğulanıb.

Qeyd edək ki, Mbappenin indiki müqaviləsinin müddəti iyunun 30-da başa çatacaq. Bu mövsüm PSJ formasıyla bütün turnirlərdə 43 matça çıxan 23 yaşlı forvard 35 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. O, Fransa çempionatında 24 qol vurub və Liqa 1-in bombardirlər cədvəlində ilk pillədədir.

Bənzər yazılar

Back to top button