Dünya

Şimali Koreya yenə elan etdi: ölkədə 1 nəfər belə koronavirusa yoluxmayıb

Koronavirus epidemiyasının təsirinə məruz qalmadıqları ilə bağlı verdiyi açıqlamaları inandırıcı hesab edilməyən şimali koreyalı rəsmilər yenidən ölkədə 1 nəfərin belə virusa yoluxmadığını elan ediblər.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ölkənin yoluxucu xəstəliklərlə mübarizə mərkəzindən Pak Myonq Su adlı hökumət rəsmisinin sözlərinə görə infeksiyanın yayıldığı ilk vaxtlardan bəri alınan tədbirlər öz müsbət nəticəsini verib.

Qeyd edək ki, Şimali Koreya Çində virus yayıldıqdan dərhal sonra ölkə səhədlərini bağlayıb və ölkəyə gələn hər kəs 1 ay müddətinə məcburi karantin altına alınıb.

Lakin dünya Kim Çen In hökumətinin açıqlamalarına inanmır. Cənubi Koreyada xidmətdə olan amerikalı general Robert Abrams Pxenyanda koronavirusa yoluxmuş insanların olduğuna əminliyini ifadə edib. Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp da yardım edə biləcəkləri ilə bağlı Kimə məktub göndərib.

Şimali Koreyada koronavirusla mübarizə aparmaq üçün səhiyyə sisteminin o qədər də güclü olmadığı düşünülür. Həmçinin ötən ay Rusiyada Pxenyana 1500 koronavirus məyyən edən test cihazı göndərib.

Bənzər yazılar

Back to top button