Cəmiyyət

Bakıda şagirdlərin yaxasına “Georgi lenti” taxılması ilə bağlı – Rəsmi açıqlama

Bu gün Bakıda 164 nömrəli orta məktəbdə keçirilən 9 May – Qələbə Günü tədbiri müxtəlif müzakirələrə səbəb olub.

Yeniavaz.com xəbər verir ki, tədbirdə iştirak edən şagirdlərin sinəsinə “Georgi lenti” yapışdırılıb. Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.

Qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Yeniavaz.com-a bildirdi ki, məsələdən xəbərdardırlar:
“Bu barədə araşdırma aparılır, məlumat veriləcək”.

Qeyd edək ki, sözügedən məktəbin direktoru Kəmalə Qədirovadır.

Xatırladaq ki, “Georgi lenti” Rusiyanın imperiya simvollarından biri hesab edilir.

Bənzər yazılar

Back to top button