Cəmiyyət

Ukraynada qəhrəmancasına şəhid olan Azərbaycanlı vətəndə dəfn olundu – FOTO/VİDEO

Rusiyanın Ukraynaya qarşı yürütdüyü amansız müharibədən bizi 75 gün zaman kəsiyi ayırır. Ötən dövr ərzində Ukraynada yaşayan digər xalqlarda silaha sarılıb Ukrayna xalqı ilə çiyin-çiyinə dayanaraq, düşmənlə mücadilədə əzmkarlıq nümayiş etdirirlər.

İndiyədək bir neçə Azərbaycanlı cəng meydanında qəhrəmanlıq şücaəti göstərərək şəhid olublar. Onlardan biri də Donetsk vilayətinin Konstantinovka şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Fuad Fərhad oğlu Məmmədovdur.

Fuad Məmmədov 24 dekabr 1983-cü ildə Bakıda anadan olub. 1994-cü ildə ailəsi ilə birlikdə Ukraynanın Donetsk vilayətinə köçüb. Uşaq yaşlarından təlim tərbiyəsi, vətənpərvərliyi və istedadı ilə həmyaşıdlarına nümunə göstərilib. O, həmçinin peşəkar idmançı kimi, yerli və beynəlzxalq idman turnirlərində Ukraynanın idman şərəfini layiqincə təmsil edib. Vətən sevdalısı kimi idman yarışlarında Ukrayna bayrağı ilə yanaşı, Azərbayvcanın üçrəngli, ay ulduzlu bayrağına sarılıb milli kimliyi ilə qürur duyduğunu nümayiş etdirirb.

Atası Fərhad Məmmədov hərbi həkim olub. Qürbət bir məmləkətdə alnının tərini ağ xalatı ilə silib, halal zəhməti ilə bir qız, 2 cəsur oğul böyüdüb. İndiyədək, yüzlərlə əsgəri həyata qaytarsada, düşmən gülləsinə tuş gələn öğluna əli çatmayıb. Fuad Məmmədov Rusiyanın Ukraynaya qarşı başladığı amansız müharibənin ilk günlərindən silaha sarılaraq, böyüyüb boya başa çatdığı məmləkətin haq savaşına qatılıb. Hərb meydanında səsur əsgər adını qazanan həmyerlimiz, ağır döyüşlərin birində qəhrəmancasına şəhid olub. Kiyev şəhərindəki məsciddə Qəhrəman Azərbaycan oğlu ilə keçirilən vida mərasimində Fərhad həkim oğlunun keçdiyi şərəfli həyat yolunun içini göynədən kövrək duyğularını bölüşüb.

Fuad Məmmədov

“Fuadın ən böyük arzularından biri, Qarabağın düşmən işğalından azad olunmasında iştirak etmək istəyi idi. 2-ci Qarabağ savaşına qatıla bilmədiyinə görə özünü bağışlamırdı. Amalı Qarabağın zəfər səlnamısinə qanı ilə imza atanlardan birinə çevrilmək idi. Həmişə zarafatyana deyərdi!.. “Allah cəsur Azərbaycan əsgərlərinə insaf versin.Biz gedib vətənə çatana qədər Qarabağı işğaldan azad edib bizi zəfər tarixinə imza atmaq istəyimizdən mərhum etdilər. Ukrayna ürəyim, Azərbaycan başımın tacıdır”deyərdi. Bax beləcə oğlum Ukraynaya uşaqkən ürəklə gəlib, başının tacı olan Vətənə Şəhid kimi qayıdır. İki cəsur oğul böyütmüşəm. Hər ikisidə məndən xəbərsiz Ukraynanın haq savaşına qatılıblar. Fuad çox cəsur və qorxmaz oğlan idi. O, hərb meydanında düşmənə sarsıdıcı zərbələr vuraraq, qəhrəmanlıq şücaəti göstərib.”

Ukraynada amansız müharibənin başladığı ilk gündən ideoloji səngərdə və hərb meydanında olan soydaşlarımız da cəsur Azərbaycan oğlunun keçdiyi rəşadətli döyüş yolundan söz açıblar. Fuad Məmmədov döyüş meydanından son dəfə əmisi, Azərbaycanın tanınmış hərbi jurnalisti Ağası Hun Məmmədliyə mesaj yazıb: ”Əmi biz Ukraynada haqq savaşındayıq. Düşmənə zalım olduqları qədər cavab veririk. Biz burada tək Ukrayna üçün deyil, dünya üçün savaşırıq! Rus kabusuna qarşı savaşmaq həm bəşəriyyəti, həm də Azərbaycanı xilas etmək deməkdir. İnşallah Rus zülmündən dünyanı xilas edəcəyik.”

Ağası Hun Məmmədli

Sözün yarımçıq qalsada, axarlı olsun Fuad. Artıq sən Tanrı dərgahının yüksək məqamındasan. Oradan hər şey, ağ , qara, halal, haram , haq və zülmün nə olduğu daha yaxşı görünür. Artıq rahatsan. Çünki, bu gün canından çox sevdiyin Ana Vətənin müqəddəs torpağına qovuşdun.Allah qəbr evini rəvan eləsin.

Möhsüm Qədiroğlu: “AsMedia Group”un rəhbəri.

Bənzər yazılar

Back to top button