İqtisadiyyat

Naxçıvanda “Gəmiqaya Holdinq” adlı yeni şirkət yaradılıb – Təfərrüat

Bu ilin yanvar və mart aylarında Naxçıvanda “Gəmiqaya Taxıl” MMC (VÖEN-0201282551) və “Gəmiqaya Holdinq” MMC (VÖEN-0201292081) adlı 2 şirkət dövlət qeydiyyatına alınınb.

Yeniavaz.com xəbər verir ki, hər iki şirkətin hüquqi ünvanı Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə ev 34/2-də yerləşir.
Şirkətlərin nizamnamı kapitalları 200 manat təşkil edir.

“Gəmiqaya Taxıl” MMC qanuni təmsilçisi Seyidov Famil Naqim oğlu, “Gəmiqaya Holdinq” MMC-nin qanuni təmsilçisi isə Abdullayev Mahir Rafiq oğludur.

Məlumat üçün bildirək ki, Seyidov Famil Naqim oğlu Naxçıvan Muxtar Respublikasının İqtidsadiyyat naziri vəzifəsində çalışıb. 13 may 2019-cu ildə tutduğu vəzifədən azad olunub.

Onu da qeyd edək ki, Naxçıvanda “Gəmiqaya” adı ilə çoxsaylı şirkətlər dövlət qeydiyyatına alınıb. Uzun illərdi mətbuata bu şirkətlərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun ailə üzvlərtinə məxsus olması barədə məlumatlar yayılır və bugünə kimi təkzib olunmayıb. Hətta 2014-cü ildə Vasif Talıbovun oğlu Rza Talıbov “Facebook” sosial şəbəkəsindəki hesabında paylaşdığı məlumatda özünü Gəmiqaya Holdinqin rəhbəri kimi qeyd edib.

Onu da bildirək ki, Rza Talıbov hazırda Dövlət Miqrasiya Xidmətində Vətəndaşlıq Məsələləri Baş İdarəsinin rəisi vəzifəsində çalışır.
“Gəmiqaya” adı ilə fəaliyyt göstərən şirkətlərdən birinə – “Gəmiqaya-XXI” firmasına (VÖEN-0200013971) isə AMEA-nın vitse-prezidenti, 2 saylı Şərur seçki dairəsindən millət vəkili seçilən İsa Həbibəylinin qardaşı Yaqub Həbibbəyli rəhbərlik edir.

Hazırda Naxçıvan şəhəri Əliqulu Qəmküsar küçəsi 21 ünvanında yerləşən və özünü Gəmiqaya Holdinq kimi təqdim edən şirkətə Emin Uçar adlı şəxsin rəhbərlik etdiyi bildirilir. Rəsmi sənədlərdə isə Əliqulu Qəmküsar küçəsi 21 ünvanında “Gəmiqaya Holdinq Şirkətlər İttifaqının “Bakı Mərkəzi” MMC (VÖEN- 0200736551) adlı şirkətin qeydiyyatda olduğu və qanuni təmsilçisinin isə Emrah Ucar olduğu bildirilir. Digər şirkətlər kimi bu şirkət də 200 manat nizamnamı kapitalına sahibdir.

Bənzər yazılar

Back to top button