Hadisə

Ehtiyatda olan zabitdən şok ittihamlar: “Avtomatın səsindən qorxub ağlayırdılar”

“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğalçılıq siyasəti başladığı ilk günlərdən xaricdəki xidmət yerimdən ayrılaraq ölkəmizə qayıtmışam və birbaşa Qarabağda döyüşlərə yollanmışam. Sonrakı dövrdə vəzifə borcum olaraq cəbhənin hər bir nöqtəsini gəzmişəm, amma nə Qəhrəman Mənsimzadəni, nə də indi sinəsinə döyən bəzi dırnaqarası “ekspertləri” döyüş bölgəsində görməmişəm”.
Bunu editor.az-a açıqlamasında ehtiyatda olan zabit, Qarabağ müharibəsi qazisi Orxan Əlihüseynov deyib.

O vurğulayıb ki, ehtiyatda olan bəzi zabitlərin son zamanlar Azərbaycan Ordusuna, onun rəhbərliyinə qarşı apardıqları qarayaxma kampaniyasını gördükdən, sosial şəbəkələrdə yazdıqlarını izlədikdən sonra belə bir açıqlamanı verməyi zəruri sayıb.

O.Əlihüseynov qeyd edib ki, ona ən çox təsir edən həmin zabitlərin vaxtilə Qarabağda döyüşlərdə iştirak etmiş veteranları, qaziləri şərləmələri, ləkələmələridir. O bildirib ki, müharibə görmüş, döyüşdə iştirak etmiş hərbçi öz silah yoldaşlarına qarşı belə nanəcib hərəkət etməməlidir: “Onların hədəfə aldıqları keçmiş döyüşçülərdən bir də ehtiyatda olan zabit Abuzər Əbilovdur. Mən onu uzun illərdir tanıyıram, Vətən yolunda canını qoyub. Bu gün də dövlətdən və ya konkret şəxslərdən heç bir maliyyə dəstəyi almadan, öz hesabına, öz komandasının hesabına, təqaüdündən ayıraraq ordu üçün, əsgər üçün nə isə eləməyə çalışır. Halbuki heç kim bunu ondan gözləmir və istəmir. Özü öz istəyi ilə edir bunları.

O, Azərbaycan Ordusuna qarşı idarə olunan qaralama kampaniyalarına qarşı çıxdığına görə hədəf seçilib. Abuzər Əbilovun döyüş yolu cəbhə yoldaşları tərəfindən təsdiqlənir. Bu gün mətbuatda onun müharibə gedən dövrdə cəbhədə çəkilən fotolarını gördüm. Təəssüf ki, o fotolarda mən düşməmişəm. Yaxud ehtiyatda olan polkovnik Şair Ramaldanovun döyüş yolunu təsdiqləməyə ehtiyac yoxdur.

İndi də həmin qaralama kampaniyasının oyuncağına çevrilmiş Qəhrəman Mənsimzadə, Tural Tağızadə, Rövşən Məhərrəmov və adlarını belə xatırlamadığım digər “qəhrəmanlar”, cəmiyyət üçün heç nəyə yaramayanlar buyursunlar cəbhə şəkillərini yaysınlar onların da döyüş yolunu görək”.Zabit kimi xidmət ediblərsə, desinlər hansı istiqamətdə vuruşublar, haranı qoruyublar? Komandirləri kim olub, əsgərləri kim olub? Buyursunlar həmin “qəhrəmanlar” faktlarla danışsınlar. Sonra xalq qərar versin kimin sözü haqq sözüdür, kimlər başqasının əlində kuklaya çevrilib.

O.Əlihüseynov hesab edir ki, bəzi şəxslərin ordu haqqqında danışmağa, hərbi məsələlərlə bağlı rəy verməyə haqları çatmır: “Onlar zamanında avtomatın səsindən qorxaraq ağlayan, paltarlarını batıran, qaçıb gizlənən adamlardır. İndi isə bütün bunların unudulduğunu zənn edərək özlərini mövcud olmayan “hərbi təşkilatın” xəyali sədri elan edirlər, anlayışları olmadığı halda ordu haqqında yazılar yazırlar, fikir söyləyirlər. Elə bilirlər ki, xidmətdən hansı maddə ilə qovulduqlarından heç kimin xəbəri yoxdur. Həmin zabitlər əsassız ittihamlar irəli sürürlər. Bu zaman həm də ikiüzlülük edirlər. Çünki 1 il əvvəl ordunu, onun rəhbərliyini tərifləyirdilər. Bu gün isə səbəbsiz (əslində səbəbi məlumdur) yerə müxtəlif məsələlərdə günahlandırırlar.Onlar əvvəl bir özlərini təqdim etsinlər, cəmiyyətə tanıtdırsınlar, bu dövlətə xidmətlərindən danışsınlar, sonra başqalarına dil uzadarlar.

Qoy xalq özü qiymət versin kim boşa danışır, kim dediyini əməli ilə sübut edir.

Hesab edirəm ki, hər kəs öz işi ilə məşğul olmalıdır! Meyxanaçı meyxanasını deməli, tərcüməçi tərcüməsini eləməli, “bakkuş” satan bakuşunu satmalı, Orduya canı yanan isə öz əməli ilə bunu sübut etməlidir”.

Bənzər yazılar

Back to top button