GündəmManşetSiyasət

Xarici İşlər Nazirliyi: Rusiya yükünün Xankəndinə keçməsi Ağdam yolunun açılması üçün mühüm addımdır

Bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyətilə əlaqələndirilmiş şəkildə Rusiya Qızıl Xaç Cəmiyyətinin yük avtomobilinin Ağdam-Xankəndi yoluyla Xankəndinə keçidi təmin edilib.

“Azərbaycanın Qarabağ bölgəsində Ermənistanın qondarma rejimi tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini bu yolun açılması istiqamətində müsbət addım və mühüm irəliləyiş kimi qiymətləndiririk”, – Hacızadə deyib.

Ağdam-Xankəndi və Laçın yollarından eyni vaxtda istifadə məsələsinə gəlincə, Azərbaycanın ABŞ və digər tərəfdaşlar ilə yüksək səviyyəli təmaslar zamanı da qeyd etdiyi kimi, ölkəmiz bu iki yoldan Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə eyni zamanda istifadə məsələsinə razılıq verib.

“Təəssüf ki, bu razılığın da həyata keçirilməsinə mane olan tərəf Ermənistan tərəfindən Qarabağ bölgəsində yaradılmış qondarma rejimdir”, – o qeyd edib.

“Bir daha bəyan edirik ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolu ilə paralel olaraq, Laçın sərhəd buraxılış məntəqəsində müvafiq olaraq sərhəd və gömrük prosedurlarına əməl etməklə BQXK vasitəsilə yüklərin daşınmasına şərait yaratmağa hazırdır”, – Hacızadə qeyd edib.

Bənzər yazılar

Back to top button