GündəmManşetSiyasət

Prezident İlham Əliyev: “Azərbaycanla ABŞ arasında əlaqələr bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib”

Azərbaycan prezidenti İlham Əliyev Amerikanın milli bayramı – Milli Müstəqillik Günü münasibətilə ABŞ prezidenti Co Baydenə təbrik məktubu göndərib.

Azərbaycanla ABŞ arasında əlaqələr dostluq və əməkdaşlıq zəminində dinamik inkişaf edərək bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

“Qlobal çağırışlara, beynəlxalq terrorizmə qarşı mübarizə, təhlükəsizlik məsələlərində fəal və səmərəli birgə işimiz, iqtisadi sahədə geniş spektrdə qarşılıqlı fəaliyyətimiz ikitərəfli münasibətlərimizi səciyyələndirən başlıca amillərdəndir”, – Əliyev qeyd edib.

Azərbaycan prezidenti iki ölkə arasında energi sahəsində də mühüm əməkdaşlığı məmnunluqla qeyd edib.

“ABŞ Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləyib. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk”, – məktubda vurğulanır.

Bənzər yazılar

Back to top button