CəmiyyətGündəm

Azərbaycanın baş infeksionistdən Covid-19 günlərində hamilə qadınlara məsləhət

“Hamilə qadınların koronavirusu ağır keçirməsi ehtimalı böyükdür”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev Türkiyədə 38 yaşlı hamilə qadının koronavirusdan dünyasını dəyişməsindən danışarkən deyib. Onun fikrincə, hamilə qadınların ummun sistemi başqalarına nisbətən müəyyən qədər zəif olur:

“Hamiləlik orqanizmin dəyişikliyə uğramasıdır. Hamilə qadınlar istəlinən virusdan qorunmalıdırlar. Onların koronavirus infeksiyasını ağır keçirmə ehtimalı böyükdür. Xroniki bronxiti olan hamilə qadınlarda isə daha da ağırlaşdırıcı forması ola bilər. Ona görə də hamilə qadınları bu infeksiyadan mümkün qədər qorumaq lazımdır”.

Cəlal İsayev qeyd edib ki, hamilə qadınlar evdən küçəyə çıxmamaq tövsiyə olunur:

“Kim həyatını davam etdirmək, dünyaya sağlam uşaq gətirmək istəyirsə, evdən bayıra çıxmasın”.

Bənzər yazılar

Back to top button