Cəmiyyət

“Google Maps”dan avtobusların hərəkət sxemi niyə götürülüb?

Bakıda fəaliyyət göstərən ictimai nəqliyyatların hərəkət marşurutlarını, eləcə də digər məlumatları artıq “Google” xəritələrindən müşahidə etmək mümkün deyil.

Yeniavaz.com xəbər verir ki, bu barədə daha əvvəl də “Transit for Baku” layihəsinin nümayəndələri məlumat yaymış və 19 Mart 2022-ci il tarixindən etibarən avtobus məlumatlarının “Google” Xəritələrinə inteqrasiyasının dayandırılacağını açıqlamışdılar.

“Transit for Baku” (TFB) layihəsinin komandası 19 Mart 2014-cü ildən avtobus məlumatlarının “Google” Xəritələrinə inteqrasiyası işini könüllü olaraq yerinə yetirirdi. Lakin onların bu ilin 5 aprelində açıqladıqları məlumata əsasən, komanda artıq Bakı şəhərinin ictimai nəqliyyat məlumatlarını BNA-dan əldə edə bilmir. Onlar bildiriblər ki, BNA ictimai nəqliyyat məlumatlarının, marşrut dəyişikliklərinin dərcini gecikdirir.

BNA bu gün verdiyi açıqlamada sərnişinlərin marşrut xətləri ilə bağlı zəruri məlumatlarla təmin edilməsi və məlumatlandırma imkanlarının daha da yaxşılaşdırılması məqsədi ilə “Google Maps”​in nəqliyyat komandası ilə də danışıqlar apardığını açıqlayıb.
Bildirilib ki, danışıqların nəticəsi olaraq çox qısa vaxtda paytaxtın müntəzəm marşrut xətləri ilə bağlı məlumatları “Google Maps” üzərindən də əldə etmək mümkün olacaq.

Qeyd olunur ki, hazırda paytaxtda fəaliyyət göstərən müntəzəm marşrut xətləri ilə bağlı məlumatların əldə olunması üçün sərnişinlər alo141.az saytından istifadə bilərlər.

Bənzər yazılar

Back to top button