Siyasət

Aİ Azərbaycana minatəmizləmə fəaliyyəti üçün ayrılan yardımı artıracaq

Aİ Cənubi Qafqazın sülh və rifah regionuna çevrilməsinə çalışır və sülh prosesində fəal şəkildə iştirak edir, bu barədə cümə axşamı keçirilən mətbuat konfransında Aİ-nin Azərbaycandakı missiyasının rəhbəri, səfir Peter Mixalko bildirib.

Aİ Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşləri keçirilir. Mixalko bu prosesin sülh əldə olunmasına gətirib çıxaracağına ümid etdiyini bildirib. “Biz nəticə əldə etmək üçün intensiv və ardıcıl işi davam etdirəcəyik”, deyə Mixalko qeyd edib.

O, həmçinin bildirib ki, Aİ Azərbaycanda minatəmizləmə prosesinin fəal sponsorlarından biridir. “Bu, Qarabağın bərpası və təhlükəsizliyi üçün vacibdir. Bu gün səhər biz Kəlbəcərdə mina partlaması nəticəsində 8 nəfərin xəsarət aldığı, onlardan birinin vəfat etdiyi haqqında məlumat aldıq. Azərbaycana minaların mizlənməsində yardımı davam etdirəcəyik və inanırıq ki, bu dəstəyin həcmi artacaq”, deyə Mixalko bildirib. (Turan)

Bənzər yazılar

Back to top button