GündəmManşetSiyasət

Ermənişünas alim: ”Ermənistan Türkiyə ilə əlaqələrini bərpa etməklə özünü xilasına nail ola bilər…”

Türkiyənin Kayseri şəhərindəki Erciyes universitetinin professoru Qafar Çaxmaqlının Turan İnformasiya Agentliyinə müsahibəsi

* * *

Turan: Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası 2017-ci ilin mayında Doğu Perinçekin lehinə qərar qəbul edəndən sonra sanki Türkiyə `erməni soyqırımı` iddialarının başa çatdığına inandı.Siz necə qiymətləndirirsiniz?

Çaxmaqlı: Doğu Perinçekin şikayəti “erməni soyqırımı” ideologiyasıyla bağlı Ermənistan dövlətinin və Diaspoarsının dünyada apardığı antitürk fəaliyyətlərinə önəmli ölçüdə zərbə vurdu. Buna qədər onlar zənn edirdilər ki, beynəlxalq məhkəmələrdə Türkiyəni məhkum edən qəararlar çıxarda biləcəklər. Ortaya o çıxdı ki, dünyanın müxtəlif ölkələrinin parlamentlərinə təqdim olunan və qəbul edilən “erməni soyqırımı” qəraları siyasi xarakter daşımışdır və onun heç bir hüquqi bağlayıcılığı yoxdur. Hər hansı cinayətin isbatı üçün məhkəmə qərarı olmalıdır və Avropa İnsan Haqları Məhkəməsinin Doğu Perincək lehinə çıxardığı qərar da ermənilərin həmin məsələ ilə bağlı müraciət etmə imkanını məhdudlaşdırdı. Amma bu o demək deyildir ki, həmin məsələ ilə bağlı ermənilər AİHM-nə müraciət edə bilməyəcəklər. Və ya illərlə üzzərində durduqları bu görüşdən imtina edəcəklər. Bu mənada Doğu bəyin məhkəmədə qazandığı dava müəyyən mənada qələbə sayıla bilər. Əsas odur ki, ermənilərin parlamentlərə təqdim etdikləri Qanun layihələrində 1915 hadisələrinin cinayət olduğu nəticəsi çıxarılmayacaq. Ermənilərin təqdim etdikləri layihələrə daxil edilən “sənədlər” saxta və müxtəlif yazarların xatirələrinə, bir romançının yazdıqlarından vəs. ibarət olduğundan onlar hüquqi sənəd kimi qəbul edilə bilməz. Həm də soyqırım cinayəti ilə bağlı 1948-ci ildə BMT-nin qəbul etdiyi Konvensiya var, erməni iddiaları həmin Konvensiyanın maddələrinə ziddiyyət təşkil edir.

Tarixə baxsaq, 1915 27 May tarixli Osmanlı dövlətinin Köçürülməylə bağlı çıxardığı qərar, yəni ölkənin bir yerində yaşayan erməni əhalinin ölkənin başqa bir ərazisinə müvəqqəti köç etdirilməsi həmin ölkənin qanuni haqqı idi və müharibənin diqtə etdiyi məcburi addım kimi çox dəqiqliklə yerinə yetirilmişdir və bu zaman heç bir soyqırım suçu işlənməmişdir. Ermənilərin hər il hay-küy qaldırdıqları 24 apreldə də insan ölümü ilə nəticələnən bir hadisə baş verməmişdir. İstanbulda üsyan çıxaran 235 erməni fəalı həbs edilmiş və onların çoxu da bir qədər sonra sərbəst qalmışdır.Məsələn, onlardan biri bəstəkar Komitas sonralar Fransaya köçmüş orada yaşamışdır. 1930-cu ildə o ağlını itirmişdir, ermənilər indi belə təbliğat aparırlar ki, 1915-də Komitas həbs olunmasaydı, 30-cu ildə dəli olmayacaqdı. Ermənilərin “soyqırım” təbliğat bax belə saçma iddialardan ibarətdir.

Turan: Köçrülmə vaxtı ermənilər heç itki verməmişdilərmi?

Çaxmaqlı: Əlbəttə olmuşdur. Bunu danmırıq. Müharibənin ağır şərtlərini həm də müxtəlif bulaşıcı xəstəliklər müşaiət etmişdir. Xəstəlikdən və başqa səbəblərdən yüz minlərlə insanlar ölmüşdür, həm də təkcə ermənilər deyil, türk- müsəlman əhali arasında itkilər olmuşdur, köç etdirilən erməni karvanlarına qaçaq quldur dəstələrinin basqınları da olmuşdur, öldürülüb mal- mülkünün yağamalanması kimi hallar da olmuşdur. Dirəniş göstərən üsyançı silahlı erməni qruplara qarşı da müxtəlif yerlərdə əməliyyatlar keçirilmişdir. Amma dövlət bütün gücü ilə öz vətəndaşlarını qorumaq tədbirlərini almışdır. Amma yenə insan ölümləri ilə nəticələnən hadisələrdən qaçmaq mümkün olmamışdır. Osmanlı dövlətinin məqsədi erməniləri fiziki cəhətdən aradan qaldırmaq olsaydı, niyə köç etdirdiyi ərazilərdə bunu edirdi, elə yaşadıqları yerlərdə məsələni həll edərdi.

Dövlətin bir milləti ortadan qaldırmaq siyasəti olmamsını dünyanın ən məşhur tarixçiləri də təsdiq edir Bu yaxınlarda Türkiyə Respublikası Kommunikasiya başkanlığının təşkil etdiyi 1915 olayları konfransına dünyanın ən məşhur tarixçiləri, ermənişünas alimləri, hüquqşünaslar qatılmışdı. Bu konfransda mənim də məruzəm oldu. 1918-1920- ci illərdə erməni dilində çıxan qəzetlərdə erməni- türk münassibətlərini anlatdım. O dövrdə hətta ən qatı erməni milliyətçilərin belə çıxardığı mətbuat orqanlarında yaşanan olaylar indiki kimi bir millətə qarşı “soyqırım”və yaxud planlaşdırılmış qətl kimi keçmir. Əksinə o dövrün qəzetlərində ermənilərin özləri suçlanır və Türkiyənin yeganə dost ölkə olacağı və onunla münasibət qurulmasının alternativi olmadığı dilə gətirilir. Erməni heyəti aylarla İstanbulda qalıb Tələt paşa, Ənvər paşa, Xəlil paşadan yardım istəyirlər, Türkiyə ilə dost olmağı özlərinə şərəf bilirlər. Əlbəttə, o illərdə ermənilərin “soyqırıma məruz qalması” fikri də olmamışdır.

Turan: Prezident Bidenın 2 ildən bəri 24 aprel müraciətində `soyqırım` deməsi Türkiyədə bir neçə saatlıq eyforik vəziyyət yaradandan sonra unudulub gedir.Sizcə,Qərbdəki erməni diasporası da bu istiqamətdəki işləri zəiflədibmi?

Çaxmaqlı: Bundan əvvəlki heç bir ABŞ prezidenti 24 aprel çıxışlarında bu sözü işlətməmişdi. Çünki yalanı anlamışdılar. Əslində Amerika hakimiyyət dairələrində çox gözəl bilirlər ki, 1915 olayları “soyqırım” deyildir. Amma siyasi mübarizədə , ABŞ- da yaşayan erməni seçicilərinin səsini almaq üçün bu vasitədən istifadə etmək istəyənlər də olmuşdur. Elə prezident var idi ki, seçki ərəfəsində bu sözcüyü işlədəyəcəyini söz verirdi, amma seçkidən sonra demirdi. Məsələn, Barak Obama “soyqırım” deyil, “böyük fəlakət “ demişdi. Baydenin prezidentliyi elə bir dövrə təsadüf etdi ki, Türkiyə ilə ABŞ arasında bir çox məsələlərdə gərginlik hökm sürürdü, Bayden bundan Türkiyəyə qarşı təzyiq vasitəsi olaraq istifadə etməyə qalxdı. Amma Amerika dövlətinin içində bu hərəkətin yanlış olduğunu dərhal dilə gətirənlər oldu.

Bir çoxları bu məsələnin siyasət adamların işi olmadığını söyləməkdədirlər. Göründüyü kimi Baydenin bu il də söylədiyi “soyqırım” kəlməsi heç nəyi dəyişdirməmişdir.

Təzyiqlə, basqı ilə həyisə qəbul etdirmək mümkün deyil. Türkiyəyə isə bu yolla təzyiq etmək də mənasız cəhddir və onun heç bir mənası yoxdur. Məncə bunu anlamışlar. Bayden bu məsələni aydınlaşdırmaq üçün bir tarix komissiyasının yaradılması təklifi ilə çıxış etsəydi, daha anlamlı qarşılanardı. “Erməni soyqırımı” ideolojisi içi boş ideologiya olduğunu həm dünya, həm də ermənilərin özləri anlamışlar. Onun mənasız cəhdlər olduğu arxasındakı hədəflərin həyata keçirilməsinin mümkünsüzlüyü ilə bağlıdır. Ermənilərin özlərini dünyaya sunacağı başqa bir şeyləri olmadığınadan hələ ki “soyqırım”la çıxırlar və təbii ki, bu artıq ikrah doğurmaqdadır və ildən ilə bu ideologiya da iflasa uğrayır. Çünki yalan üzərində, saxta sənədlərlə bir yerə qədər getmək olar.

Turan: Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində ilk addımlar atıldı,Ankara və İrəvan xüsusi təmsilçilər təyin edəndən sonra Moskvada ilk görüş keçirildi.O istiqamətdə görülən işlər varmı?

Çaxmaqlı: Hesab edirəm ki, Türkiyə baxımından burada heç bir problem yoxdur, Türkiyə səmimi şəkildə öz qonşusu ilə münasibətlər qurmağa, sərhədlərini açmağa hazırdır, belə normallaşma əslində Ermənistana lazımdır, bunun reallaşması üçün Ermənistanın bəzi məsələləri həll etməsi şərtdir. 2009-cu ildə Türkiyə ilə Ermənistan arasında iki protokol imzalanmışdı. Onun onaylanmaması ilə bağlı çoxlu fikirlər var. Amma əsas səbəb bu protokolların Ermənistan Konstitusiyası ilə ziddiyyət təşkil etməsi idi, çünki Ermənistan Konstitusiyası ilə Türkiyənin Şərqi Anadolu vilayətlərinə ərazi iddiaları bu baş qanunda təsbit olunub,hələ də qüvvədədir.

Bundan əvvəl isə Ermənistanın 1991-ci ildə Müstəqillik Bəyannaməsində də ərazi iddiaları vardı, 1995-də qəbul olunan Konstitusuyada bunlar var. İndi Ermənistan Türkiyənin torpaq bütünlüyünü tanıması üçün Konstitusyasını dəyişdirməsi lazımdır. Bu ölkədə Konstitusiyay dəyişiklik edilməsi üçün Komissiya yaradılıb. Amma bu “gözdən pərdə asmaqdır”.

Təmasların davam etməsi üçün Ermənistan Türkiyə ilə münasibətlər qurulmasında heç bir şərt irəli sürülməsini ortaya atır. Öz-özlüyündə artıq şərt ortadadır. Bu ərazi iddiaalarından və ona bağlı olan “Erməni soyqırımı” deyilən fəaliyyətlərdən vaz keçilmədikcə hansı münasibətlərin qurulmasından söhbət gedə bilər?

Türkiyə bu məsələdə böyüklüyünü göstərir. 1918-ci ildə də Ermənistanın mövcudluğu üçün hər şeyi etmişdi. Hətta Azərbaycanla müharibə şəraitində olan dövlətə elə Azərbaycanın özündən yanacaq, taxıl verilməsini istəmişdi və erməniləri aclıqdan xilas etmişdi.

İndi də təxminən həmin vəziyyətdir. Ermənistan Türkiyə ilə əlaqələri bərpa etməklə özünün xilasına nail ola bilər. Elə Azərbaycanla da həmçinin…

Danışıqlar davam edir, hələlik təmsilçilər səviyyəsində. Hansısa mərhələdə XİN səviyyəsində danışıqların davam etdiriləcəyi mümkündür.Beynəlxalq qurumlar və bəzi dövlətlər bunda maraqlı olduğundan Ermənistan belə bir anlaşmaya getməlidir.

Turan: Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılmasına dair atılan addımlar Ermənistan tərəfində necə reaksiya görür?

Çaxmaqlı: Bu günlərdə Ermənistan həqiqətən “nə etməli? “sualı qarşısındadır. Türkiyə ilə münasibətlərin qurulmasına Ermənistan cəmiyyətinin reaksiyası fərqlidir. Onların bir qrupu, şovinistləşmiş siyasilər buna qarşı çıxırlar, Türkiyəyə hələ də düşmən gözü baxırlar, çox təəssüf ki, bunlar çoxluq təşkil edirlər. Hələ də onlar antitürk ruhunda olan qüvvələri ətraflarına kütləni toplaya bilirlər, amma önların özlərinin önərəcəyi bir təklifləri də yoxdur. Başqa bir qrup qorxur ki, güclü Türkiyə kapitalı Ermənistan iqtisadiyyatını əlinə alacaq, erməniləri qula çevirəcək. Hakimiyyət isə siyasi gedişlərin fonunda Ermənistanda öz hakimiyyətini qorumağı düşünür, xalq üçün nəfəs almaq imkanı yaratmaq da istəyir ki, onun dəstəyini alsın.

Türkiyəyə və dünyaya bir az bələd insanlar isə münassibətlərin normallaşması tərəfdarı kimi çıxış edənlər də vardır, amma onların səslərini eşidən yoxdur, çünki bu qrup azlıqdadır. Belə durumda hakimiyyətin qərarlı addımlar atması lazımdır, Paşinyan isə hələ belə cəsarət göstərmir. Onlar həm Azərbaycanla həm də Türkiyə ilə danışıqlar prosesinə vaxt uzatmaq vasitəsi kimi baxırlar.

Turan: Sizin rəhbərliyiniz altında 10 may 2020-ci ildə İrəvan Türk Cümhuriyyəti elan edildi,cümhuriyyətin atributlarını hazırlayıb Millət və Məşvərət məclisini yaratdnız. Dövlət Şurası da fəaliyyət göstərir. İşlərinizin indiki mərhələriylə bağlı məlumat verə bilərsinizmi?

Çaxmaqlı: İrəvan Türk Cümhuriyyətinin elan olunması zamanın tələbi idi, bizə qədər də belə təşəbbüslər olmuşdu. Ermənistan adlı dövlət bizim tarixi ərazilərimizddə qurulub, burada yaşayan milyonlarlaəhali öz ərazisindən çıxarılıb, öldürülüb, başlarına min müsibət gətirilib.

Qərbi Azərbaycan kökənli insanlar öz tarixi ərazilərinə dönmək istəyirlər. Bu onların təbii haqqıdır və indi biz beynəlxalq təəşkilatlardan bu haqqımızı tanımalarını tələb edirik. Fəaliyyətimizi haqlarımızı almaq istiqamətində davam etdiririk. Eyni zamanda təşkilati işləri aparmaqla İTC-ni bir yasal bir dövlət kimi formalaşdırmağa və tanıtmağa yönəlik fəaliyyətimizi genişləndirirk.

Azərbaycan və Türkiyədə regional mərkəzlərin qurulmasına başlamışıq. Daha çox İTC ideyasının reallaşdırılması yönündə işlərimizi davam etdiririk. Xalqımızın bu ideyaya sahib çıxmasını istəyirik. Biz Ermənistan adlı dövləti tanımırıq.

Bənzər yazılar

Back to top button