Dünya

Fərhad Əhmədovun 400 milyonluq yaxtasına həbs qoyuldu – FOTO

Almaniyanın Hamburq limanında əslən azərbaycanlı olan rus milyarder Fərhad Əhmədova məxsus “Luna” yaxtasına həbs qoyulub.

Yeniavaz.com alman mətbuatına istinadla xəbər verir ki, digər rus milyarder Roman Abramoviçin keçmiş yaxtası olan “Luna” növbəti qərara qədər burada qalacaq.

Yaxtanın dəyəri 400 milyon avro olaraq qiymətləndirilir.

Qeyd olunub ki, bu vaxta qədər Almaniya Kriminal Polisinin Federal İdarəsi (BKA) yaxtanın mülkiyyət strukturunu aşkar etməyə çalışırmış və onlar buna müvəffəq olublar. Bildirilib ki, gəmi sanksiyalar qanununa tabedir.

Xatırladaq ki, Fərhad Əhmədov aprelin əvvəlindən Aİ-nin sanksiyalar siyahısındadır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button