İdman

Umut Meraş: “İki oyunumuzu Azərbaycanda keçirmək böyük üstünlükdür”

“Milli komanda ilə hələ çox böyük arzularım var. İnşallah, Avropa çempionu olub, bayrağımızı ən yüksəklərdə dalğalandırarıq”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyə

millisinin futbolçusu Umut Meraş deyib.

Yerli mətbuata danışan Fransanın “Havr” klubunun oyunçusu Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. O, A qrupunda yer alan Türkiyənin Bakıdakı oyunlarda azarkeş üstünlüyünün olacağını xüsusi vurğulayıb:

“Çətin bir qrupda yer almışıq. İlk matçı Romada İtaliyaya qarşı keçirəcəyik. Bu, həm də açılış matçı olacaq. Fikrimcə, çox gözəl oyun olacaq. Komandamız və ölkəmiz həmişə böyük görüşləri sevib. Sevməyə də davam edəcəyik. İki oyunumuzu isə Azərbaycanda keçirəcəyik. Sanki Türkiyədə oynayacağımız kimi olacaq. Bu bizim üçün böyük üstünlükdür. İtaliyaya qarşı görüşü yaxşı keçirsək, qrupdan çıxacağımızı düşünürəm”.

Bənzər yazılar

Back to top button