İdman

“Messini necə dayandıracağıq? Hər şeyi özünüz görəcəksiniz”

Niderland millisinin baş məşqçisi Lui van Qal DÇ-2022-nin 1/4 finalında Argentinaya qarşı oyun öncəsi komandasının rəqibi hücumçusu Lionel Messini necə dayandıracağına dair planını açıqlamaqdan imtina edib.

Qol.az xəbər verir ki, mütəxəssis “NOS”a açıqlamasında deyib:

“Messi qol vurmağa qadir olan ən təhlükəli, yaradıcı oyunçudur. Ancaq komandası topu itirəndə, əslində oyunda iştirak etmir. Bu da bizə daha çox şans verəcək. Messini necə dayandıracağıq? Sizə deməyəcəyəm, cümə günü hər şeyi özünüz görəcəksiniz”.

Xatırladaq ki, Niderland dekabrın 9-da DÇ-2022-nin 1/4 finalında Argentina ilə qarşılaşacaq .

Bənzər yazılar

Back to top button