İdman

“Haaland əsl heyvandır” – Klopp

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haalandın “Mançester Siti”yə keçidinə münasibət bildirib.

Qol.az xəbər verir ki, o, Britaniya mətbuatına açıqlamasında norveçli forvardın yaxşı oyunçu olduğunu söyləyib:

“Mançester Siti” heç vaxt bir futbolçu sayəsində matçlarda qalib gələn komanda olmayıb və olmayacaq. Onların xüsusi oyun tərzi var. Haaland Dortmundda bir neçə dəfə zədələnsə də, o, əsl heyvandır. Təəssüf ki, bu, həqiqətən də “Mançester Siti” üçün yaxşı transferdir”.

Qeyd edək ki, 21 yaşlı futbolçu Mançester təmsilçisi ilə 5 illik müqavilə bağlayıb. O, yeni mövsümdən “şəhərlilər”ə qoşulacaq.

Bənzər yazılar

Back to top button