İdman

“Çempionlar Liqasının finalında heç bir sirr olmayacaq” – Ançelotti

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasının finalında “Liverpul”a qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Qol.az “Marca”ya istinadən xəbər verir ki, o, Mersisayd təmsilçisini yaxşı tanıdığını deyib: “Çünki onlarla son dörd ildə “Napoli” və “Everton”un baş məşqçisi kimi iki dəfə qarşılaşmışam. “Liverpul” da məni yaxşı tanıyır. Çempionlar Liqasının finalında heç bir sirr olmayacaq. “Real” və “Liverpul” bir-birini yaxşı tanıyır.

Biz zədə almamaq üçün oyunçuları heyətdən çıxarmayacağıq. Rəqabət ruhu itirilsə, Çempionlar Liqasında yaxşı heç nəyə səbəb olmayacaq. Futbolçular ən yaxşı formada olmalıdırlar”.

Qeyd edək ki, “Real” və “Liverpul” arasında Çempionlar Liqasının finalı mayın 28-də keçiriləcək. Fransadakı “Stad de Frans” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bənzər yazılar

Back to top button