Sağlamlıq

Koronavirusa yoluxmayanların sirri…

2019-cu ilin sonunda həyatımıza daxil olan Koronavirus (Kovid-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub. Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir. Bir çox ölkə daha yoluxucu, lakin daha az ölümcül Omicron variantından sonra istirahət etmək qərarına gəlsə də, dünya epidemiya başlayandan bəri “Bəzi insanlar niyə Covid-i tutmur” sualına cavab axtarır.
Bizimyol.info xəbər verir ki, İngiltərənin aparıcı təhsil ocaqlarından biri olan Oksford Universitetində aparılan araşdırmalar bu suala cavab tapmış hesab oluna bilər.

Britaniyalı tədqiqatçılar müəyyən mutasiyaya malik insanların peyvənd olunduqdan sonra daha çox antikor reaksiyası meydana gətirdiyi qənaətinə gəliblər. Daily Mail-in araşdırma nəticələrindən topladığı xəbərə görə, təxminən 10 adamdan 3-də “HLA-DQB1*06” kimi tanınan gen var və sözügedən gen Covid peyvəndlərindən sonra insanlarda daha çox antikor istehsalına səbəb olur. Başqa sözlə desək, bu geni daşıyan insanlar peyvənddən sonra daha intensiv müdafiəyə malik olduqları üçün virusa yoluxma ehtimalı azdır.

Aparıcı tədqiqatçı doktor Alexander Mentzer, onların nəticələrinin genetik kodumuzun zamanla bunun baş vermə ehtimalına təsir göstərə biləcəyini qeyd edərək: “Biz insanların peyvənddən sonra Covid üçün nə qədər tez müsbət reaksitya verdikləi ilə bağlı geniş dəyişikliklər gördük”, – deyib.

Tədqiqat çərçivəsində elm adamları “Pfizer-BioNTech” və ya “Oxford-AstraZeneca” peyvəndinin ilk dozasını alan 1600 yetkin insanın qan nümunələrini araşdırıb. Qrup sözügedən genə sahib olanların qanında daha çox anticisim olduğu qənaətinə gəlib. Qısa müddətdə elm dünyasının bir nömrəli gündəminə çevrilən araşdırmanın nəticələri “Nature Medicine” jurnalında dərc olunub.

Peyvəndin faydası sübuta yetirilib. Digər tərəfdən, epidemiya ilə bağlı ölkənin ən nüfuzlu qurumu olaraq göstərilən ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) dərc etdiyi məlumatlar peyvənd müzakirələrinə son qoydu. CDC son hesabatı ilə vaksinin xalis faydasını bir daha ortaya qoydu.

Bənzər yazılar

Back to top button