HadisəManşet

Abşeronda qanunsuz tikintilərə kim himayədarlıq edir? (FOTO)

Abşeron icra hakimiyyəti ilə Masazır icra nümayəndəsi maklerlər tərəfindən aparılan tikintilərə göz yumurlar

Ötən gün Abşeron rayonunda ev tikməyə icazə verilməsi üçün icra hakimiyyətinin yeni qiymətləri ilə bağlı məlumat vermişdik. Həmin məlumatda qeyd etmişdik ki, Abdin Fərzəliyev Abşerona icra başçısı təyin edildikdən sonar tikintiyə icazə üçün qiymətləri iki dəfə qaldırıb.

Belə ki, hazırda Abşeron rayonunun istənilən yaşayış məntəqəsində 50 kvadrat metrə qədər olan evlərin tikintisi üçün qiymət 2500 manat, 100 kvadrat metrə qədər 3000 min manata qaldırılıb. 2 mərtəbəli evlərin tikintisinə isə 4500 manat tələb olunur. Hazırda sənədsiz evlərin Abşeron rayonu ərazisində tikintisinə icazə işinə başçısının ən yaxın adamı kimi tanınan, Abşeron icra hakimiyyətinin işçisi Nurlan Həsənovun cavabdeh şəxs olduğunu qeyd etmişdik.

Sözügedən məqalədən sonra AzFakt.com-un elektron poçtuna Abşeron rayonundan çoxsaylı məlumatlar daxil olub. Saytımıza göndərilən fotofaktlarla zəngin olan məlumatlarda bildirilir ki, Abşeron rayon Masazır qəsəbəsində kənd təsərrüfatı torpaqlarında sənədsiz evlərin tikintisi açıq şəkildə davam edir. Bu tikililər qəsəbədə ev alqı-satqısı biznesi ilə məşğul olan maklerlər tərəfindən həyata keçirilir.

AzFakt.com-a daxil olan məlumatda qeyd olunur ki, Masazırda sənədsiz evlərin tikintisinə qəsəbə icra nümayəndəsi Şahlar Həsənovun nəzarət edir. Məhz ev biznesi ilə məşğul olan maklerlərlə icra hakimiyyəti arasında icazə məsələsini Şahlar Həsənov həyata keçirir.

Hazırda Masazır qəsəbəsində “Yeni Bakı” yaşayış kompleksinin yuxarısı hissəsində kənd təsərrüfatı təyinatlı torpaqlarda ev alqı satısı ilə məşğul olan maklerlər tərəfindən, tikinti icazəsi olmadan onlarla ev tikilir. Bu evlərin hər birisinin icazəsi maklerlərə 2500-3000 min manata başa gəlir.

Saytımıza verilən digər məlumatda isə bildirilir ki, “Yeni Bakı” yaşayış kompleksinin yuxarı hissəsində “Azərsu” ASC-nin balansında olan torpaq sahələri Masazır icra nümayəndəsi Şahlar Hüseynov tərəfindən zəbt edilərək satılır. Hazırda həmin ərazidə qanunsuz olaraq tikinti işləri aparılır.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti münasibət bildirmədi.

Araşdırmamız davam edəcək.

Bənzər yazılar

Back to top button