İdman

Messi və Martines cəzalandırıla bilər – Mundialdan kənarlaşdırılması təhlükəsi var

FİFA Argentina millisinin bir neçə üzvünə intizam işi açıb.

Qol.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Lionel Messi və Emiliano Martines cəzalandırıla bilər. Onlar DÇ-2022-nin 1/4 finalında Niderlanda penaltilər seriyasında 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra baş hakim Mateu Lahos haqda tənqidi fikirlər səsləndiriblər.

Messi deyib: “ Bu səviyyədə oyuna belə hakimə təyinat vermək olmaz. Referi haqda danışsam, cəza ala bilərəm”.

E.Martines isə bildirib: “Lahos dünya çempionatında gördüyüm ən pis hakimdir”.

Bundan başqa, topu bilərəkdən Niderland yığmasının ehtiyat oyunçular skamyasına vuran Leandro Paredes və görüşdən sonra qələbə sevincini qeyd edən zaman rəqib futbolçulara əl hərəkəti edən Nikolas Otamendinin hərəkətinə də qiymət veriləcək.

Qərarların Argentina ilə Xorvatiya arasında dekabrın 13-ü keçiriləcək yarımfinal oyunundan əvvəl açıqlanması gözlənilir.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button