ManşetSiyasət

Azərbaycan Xarici İşlər Nazirliyi: Paşinyanın bəyanatları Yerevanın səmimiliyini şübhə altına alır

Ermənistanın baş naziri Nikol Paşinyanın Niderlanda səfəri zamanı Azərbaycanın ünvanına səsləndirdiyi əsassız ittihamlar Yerevanın Bakı ilə münasibətlərin normallaşdırılması və regionda sülhün əldə olunması məsələsində səmimiliyinə şübhə yaradır. Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Leyla Abdullayeva Paşinyanın Niderlandda Bakını “hərbi əsirlər”in azad ediləcəyilə bağlı vədləri yerinə yetirməməkdə ittiham edən bəyanatını belə şərh edib.

Ermənistan baş nazirinin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar, o cümlədən humanitar məsələlərlə bağlı həqiqətdən uzaq ittihamlar, Ermənistan rəhbərliyinin iki dövlət arasında münasibətlərin normallaşması məsələsində səmimiyyətdən uzaq olduğunu göstərir, Abdullayeva deyib.

Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməsi “humanitar jest” deyil, bu, Yerevanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının bir hissəsi kimi üzərinə götürdüyü öhdəlikdir. Bu sənədin imzalanmasından sonra Azərbaycanda 219 nəfər mina qurbanı olub və bunlar əsasən mülki şəxslərdir, Abdullayeva bildirib.

Saxlanılan ermənilərin geri qaytarılmaması ilə bağlı ittihamlara gəlincə, Bakı onları müharibə başa çatdıqdan sonra Azərbaycan ərazisinə göndərilmiş diversantlar hesab edir.

Azərbaycana qarşı əsassız ittihamlar Ermənistanın sülh naminə hərəkət etməyə hazırlığını şübhə altına alır”, – Leyla Abdullayeva deyib.

Bənzər yazılar

Back to top button