Bizim seçimGündəmManşetSiyasət

Nikol Paşinyan: “Əliyev on ildən çoxdur prosesin içindədir…”

Martın 19-da Yerevanda keçirilən mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ nizamlanmasına dair danışıqların vəziyyətinə toxunub.

Dağlıq Qarabağın danışıqlar prosesində birbaşa iştirakının vacibliyi barədə öz bəyanatından danışan Paşinyan xatırladıb ki, bu, həmsədrlər və Azərbaycan tərəfi üçün yeni yanaşma deyil.

“Danışıqlar bir-birini dinləmək üçündür. Ermənistan opponentini dinləmək və anlamağa cəhd etmək qabiliyyətini göstərib. Biz də bunu gözləyirik. O yerdə ki tərəfdarlarımız bizim mövqeyimizi hədsiz sərt hesab edirlər, orada biz yumşala bilərik, ancaq opponentlərdən də eyni şeyi gözləyirik, əks halda dialoq alınmayacaq”, – Paşinyan deyib.

“Biz dialoqdan imtina etmirik və danışıqlar masasına arqumentləri qoymağa və əks arqumentləri dinləməyə hazırıq”, – o vurğulayıb.

Sonra etiraf edib ki, danışıqlar prosesindən yetərincə başı çıxmır. “Əliyev on ildən çoxdur prosesin içindədir, həmsədrlər üçün bu, işdir. Yeganə yenı adam mənəm və təbii ki, mənə hər şey maraqlıdır. Çox şey aydın deyil. Çoxlu ziddiyyətli məsələlər var. Kazanda nə baş verib? Vyanada? Ki-Uestdə? Əgər hamı desə ki, orada bax, bunlar olub, suallar olmazdı. Ancaq nə qədər iştirakçı varsa, o qədər də şərh var və suallar meydana çıxır ki, onlara aydınlıq gətirilməlidir. Mən prosesin yeni iştirakçısı kimi suala cavab almalıyam və tərəfdarların yardımına ümid edirəm”, – Paşinyan bildirib. (Turan)

Bənzər yazılar

Back to top button