İdman

“Son iki oyunu ləyaqətli şəkildə keçirməliyik” – Aleksey Baqa

“Rəqibin ustalıq səviyyəsini, bilərək buna qarşı oyun qurmağa çalışdıq. Bununla yanaşı bu gün kifayət qədər səhv etdik. Həmin səhvlər də həlledici oldu. Belə komanda ilə oyunda nəticə əldə etmək üçün mütləq yaxşı təşkil olunmuş oyun, aqressiya və müdafiədə dəqiq oynamaq lazımdır”.

Qol.az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa Azərbaycan Premyer Liqasının 16-cı turundan təxirə salınmış “Qarabağ”la oyundan (0:5) sonra mətbuat konfransında deyib.

Belaruslu mütəxəssis “Sumqayıt”ın “Qarabağ”ın futbolçusu Riçard Almeyda ilə maraqlanması xəbərinə münasibət bildirib: “Hələ ki, hansısa futbolçu ilə bağlı şərh verə bilmərəm. Çünki, mövsümün sonuna kimi iki oyunumuz var. Bu iki oyunu ləyaqətli şəkildə keçirib mövsümü başa vurmalıyıq. Yalnız bundan sonra transferlər və digər məsələlər haqda danışa bilərik. Bu gün belə xəbərləri şərh etməyin mənası yoxdur.

Bənzər yazılar

Back to top button