İqtisadiyyatManşet

Erməninin malını satıb pul qazananların yadına axır ki, Azərbaycan da düşdü

İndiyə qədər Ermənistanın ayaqda qalmasına yardım edənlərin vətənpərvərliyinin “qıcqırması”nı yalnız bu cür dəyərləndirmək olar

Bu günlərdə deputatlığa keçmiş namizəd Respublikaçı Alternativ Partiyasının iqtisadiyyatdan başı çıxan rəhbərlərindən Natiq Cəfərlinin indi “hu” deyib Rusiyadakı Azərbaycan əsilli biznesmenlərin, onların hərəkətlərini alqışlayanlardan fərqli fikir söyləməsi lap yerinə düşüb. Çünki onun söylədiklərində iqtisadi baxımdan da həqiqət payı var. Amma biz məsələyə bir qədər başqa yöndən, mənəvi baxımından yanaşmağa çalışacaqğıq.

Qardaş Türkiyədə belə bir məsəl var: “Doğru söyləyəni 9 köydən qovarlar”. Natiq Cəfərli demiş, yazdıqlarımıza görə hücuma keçənlər olsa da, bəzi həqiqətləri söyləməyə məcburuq.

2016-cı ildə niyə biznes əlaqənizi kəsməyibsiniz?

Əvvəla, ən azından bir çoxlarının şəhid generalımızı, polkovnikimizi, mayorumuzu, leytenantımızı, gizirimizi, əsgərimizi yaddan çıxarıb, erməni əriyindən üz döndərənləri “qəhrəman” kimi təqdim etməsi indiki məqamda çox cılız görünür.

İkincisi, son günlər Ermənistanın Rusiyadakı konsulunun həmin bazarın rəhbərlyi ilə görüşmək istəyi ilə “Food City”yə gəlməsi və oradan qovulmasını da böyük şouya çevirməyin mənası yoxdur. Ona görə ki, birincisi, əgər onlar arzuolunmaz şəxslr idisə, rəhbrəliyin iclas zalına qədər necə gedib çıxmışdılar? Elə onları qapıdan qovmaq daha düzgün deyildimi?

Üçüncüsü, bunların dünənə qədər əməkdaşlğığı və münasibəti olub ki, həmin TIR-lar bazara gəlib, dayanacaqda yerləşib. Hadisələrin gedişi göstərir ki, bundan sonra da erməni meyvəsini satacaqlar.

Sual olunur: məgər Ermənistan bu gün Azərbaycana hücum edib? Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan bu gün əldən gedib? Lap 90-cı illəri qoyaq bir kənara, ondan sonra 1994-cü ildə atəşkəs imzalamışıq, sülh danışıqları aparırdıq ki, barışaq. Siz də sülh naminə əməkdaşlıq edirdiniz?

Amma daha bir sual ortaya çıxır: məgər Ermənistan 2016-cı ilin aprel ayında Ağdama, Tərtərə, Füzuliyə hücum edən erməni deyildi? 2016-cı ildə niyə biznes əlaqənizi kəsməyibsiniz? Onda dolların şirinliyi Azərbaycanın şəhidlərinin qanından üstün gəlirdi? Xatırladaq ki, onda da yazqabağı idi, meyvə-tərəvəzin mövsümü idi, heç Rusiyanın Ermənistanla münasibətləri də indiki kimi gərgin deyildi, yəni Moskvaya üz tutan TIR-ların say bundan ikiqat çox idi.

Cənab professor, Ermənistan 30 ilə yaxındır Vətənimizə atəş açır!

Qeyd edək ki, Natiq Cəfərlinin hesablamalarına görə, İlham Rəhimovun dediklərinin əksinə olaraq Ermənistanın zərəri o qədər də çox olmayacaq. Lap tutaq ki, çox olacaq. “Food City”nin indiyə qədər Ermənistanla əməkdaşlıq etməsi, daha doğrusu erməniy mal satmağa icazə verməsi, onlara pul qazandırması və onların hesabına pul qazanmasını hansı mənəviyyata sığışdırmaq olar? Heç olmasa, bu biabırçı fakta görə bu məsələni şişirdib özünüzə ictimai və siyasi xal qazanmağa çalışmayın.

İndi guya nümayişkaranaə şəkildə “Food City” rəhbərliyinin erməniləri ərazidən qovması onlarla keçmiş əməkdaşlıqlarına haqq qazandırmır. İlham Rəhimov deyir ki, Ermənistan bizim Vətənimizi atəş altında saxlamağa cəhd edirsə, nə erməni iş adamının, nə diplomatının ayağı bizim obyektdə olmayacaq. Cənab professor, sabahınız xeyir, nə tez Azərbaycan sizini yadınıza düşüb! Ermənistan 30 ilə yaxındır Azərbaycanın 20 fazi torpağını işğal altında saxlayır, elə 30 ildən çoxdur ki, Vətənimiz atəşə, hücuma məruz qalır. Deməli, sizin üçün Vətən Tovuzdan ötəyə keçmir?

Tərtərdən hücum etsəydi, İlham Rəhimov və ortaqları erməninin əriyini satmağa davam edəcəkdilər

Əslən Tovuzdan olan İlham Rəhimov son açıqlamalarında da, dolayısı ilə bunu təsdiq edib. Belə çıxır ki, Ermənistan Tovuzdan yox, Tərtərdən hücum etsəydi, İlham Rəhimov və ortaqları erməninin əriyini satmağa davam edəcəkdilər. Bu məqamda İlham Rəhimovun şəhid övladını himayəyə götürməsi xəbəri də yenə Azərbaycan dövlətini sevməkdən deyil, əksinə şəhid övladına qayğı göstərməyə borclu olan dövlətimizi gözdən salmağa yönəlmiş addım kimi dəyərləndirilə bilər.

Əlqərəz, Rusiyadakı iş adamlarının, o cümlədən erməninin malını satıb pul qazananların yadına Azərbaycanın torpaqlarının işğala məruz qalmasının niyə məhz inid düşməsinin səbəbi aydın oldu. Yəni sevinməyə əsas yoxdur, ölkəmin sadəlövh vətəndaşları! Erməninin əriyini, gavalısını sataraq indiyə qədər Ermənistanın ayaqda qalmasına yardım edənlərin vətənpərvərliyinin “qıcqırması” da mövsümi bir həvəsdir. Bu aksiya Tovuz rayonu ilə əlaəqli olduğu üçün nə torpaqlarımızın işğaldan azad olunmasına xeyri dəyəcək, nə də Ermənistanın diz çökməsinə gətirib çıxaracaq.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button