Hadisə

Ağdamda silah-sursat partlaması nəticəsində bir nəfər həlak olub

Mayın 12-də Ağdam rayonu ərazisində silah- sursatın partlaması nəticəsində Rəşad Bəxtiyarov (1982-ci ildə anadan olub) həlak olub.

İnsident saat 16:00 radələrində Çəmənli kəndi ərazisində Rəşad Bəxtiyarov kənd-təsərrüfatı işlərilə məşğul olarkən baş verib. Bu barədə Ağdam Rayon Prokurorluğunun məlumatında deyilir.

Zərərçən çoxsaylı qəlpə yarası alması nəticəsində ölüb. Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

Back to top button