Dünya

Türkiyə ərazisi atəşə tutuldu, yaralılar var

Türkiyə ərazisi Suriyadan atəşə tutulub.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Qaziantep əyalətinin Karkamış bölgəsindəki Köprübaşı sərhəd məntəqəsinə Suriyanın Eyn əl-Ərəb bölgəsindən minaatanlarla atəş açılıb. Nəticədə 4 hərbçi və 1 mülki şəxs yaralanıb. Nazirliyin yaydığı məlumata görə, hadisədən sonra Suriya ərazisində təyin olunan hədəflərə lazımi cavab verilib.

Bənzər yazılar

Back to top button